Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:38

İsveç hökuməti azərbaycanlılara sığınacaq verməkdən imtina edir


Səs: Real audio
Ədliyyə Nazirliyində «qaynar xətt» yaradılıb Bugünkü "Qlobus"un qonaqları:



- İsveçdə Azərbaycan Federasiyasının beynəlxalq əlaqələr məsulu Səttar Sevigin;



- Azərbaycan Beynəlxalq Bankının Frankfurtdakı nümayəndəliyinin rəhbəri Zaur Mahmudov



Səttar Sevigin 1985-ci ildə İrandan İsveçə köçüb, İsveçin paytaxtı Stokholm şəhərində yaşayır. Hazırda özəl firmaya rəhbərlik edir.



Son vaxtlar İsveçə siyasi sığınacaq almaq üçün gələn azərbaycanlıların çoxaldığını deyən Səttar bəyin sözlərinə görə, İsveç hökuməti onlara rədd cavabı verir. Və əsas kimi onu göstərir ki, Azərbaycanda vəziyyət o qədər də ağır deyil və vətəndaşlar problemlərini özləri həll edə bilərlər.



İkinci qonağımız – Almaniyadan Zaur Mahmudov Azərbaycan Beynəlxalq Bankının Frankfurtdakı təmsilçisidir. Bundan qabaq isə o, Almaniyada maliyyə menecmenti üzrə təhsil alıb. Zaur bəyin fikrincə, Almaniyadakı Azərbaycan diasporası çox zəifdir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG