Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:47

İbrahim İbrahimli və Rasim Musabəyov seçkilərə müstəqil qatılır


Səs: Real audio
Onlar «Azadlıq» blokunun rəhbərliyindən narazı olmadıqlarını bildirirlər «Azadlıq» seçki blokunun vahid namizədlər siyahısında təmsil olunmayan Müsavat Partiyası başqanının müavini İbrahim İbrahimli və Divan üzvü Rasim Musabəyov müstəqil namizəd kimi seçkiyə qatılır.



İbrahim İbrahimli Nərimanov-Nizami 18 saylı, Rasim Musabəyov isə Nəsimi-Səbayel 23 saylı seçki dairələrindən namizədliklərini vermək istəsə də, blok uyğun olaraq AXCP üzvü Cəmil Həsənli və ADP fəalı Zəminə Dünyamalıyevanın namizədliklərini müdafiə edib. Müsavatın üzvlərinə başqa dairələr təklif edilsə də, onlar razılaşmayıblar.



Müsavatçılar blok rəhbərliyindən narazı olmadıqlarını bildirirlər. İbrahim İbrahimli: «Mən bloku başa düşürəm, cəmi 124 dairə var, namizədlərin sayı isə 600-dən çoxdur». Rasim Musabəyov isə «Azadlıq»ın onlara «yox» demədiyini söyləyir: «Sadəcə, biz istənilən dairədən yox, güclü olduğumuz dairədən namizədliyimizi vermək istədik».



«Azadlıq» blokunda təmsil olunan digər partiyalardan da seçkiyə müstəqil namizəd kimi qatılanlar var. Blok rəhbərliyi bu şəxslər haqda hələlik qərar qəbul etməkdə çətinlik çəkir.
XS
SM
MD
LG