Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:04

IREX kompüter kursları təşkil edir


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Kompüter proqramlarını öyrənmək və ya bu sahədə biliklərini genişləndirmək istəyənlər IREX təşkilatına müraciət edə bilərlər. Təşkilatın kompüter kursları üzrə təlimçisi Tamerlan Bədəlov deyir ki, kurslar iki mərhələdən ibarətdir.



- Başlanğıc kurslarda əsas məqsəd kompüterlə tanış olmaq, Interneti, elektron poçtu, Internetdə necə axtarış aparmağı öyrətməkdir. Geniş kurslara isə web səhifə yaratmaqla bağlı təlimlər aiddir.



Bu kurslara yazılmaq üçün heç bir ödəniş tələb olunmur. Tamerlan Bədəlovun sözlərinə görə, kursun üzvlərinə Internetdən pulsuz istifadə etmək imkanı da verilir.



- Bizdə bütün xidmətlər pulsuzdur. Kompüter kursları keçmək, sayt yığmaq və yerləşdirmək və s. – bütün bunlar pulsuz təşkil olunur. Saat 12-dən 16-dək isə Internet pulsuz olur, kim istəyirsə gəlib işləyir.



Sentyabrın 1-dən başlayacaq kurslara üzv yazılmaq üçün təşkilata indi də müraciət etmək olar. Əlavə məlumatı bu saytdan da oxuya bilərsiz. www.iatp.az
XS
SM
MD
LG