Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:15
Rubrikalar

«Neftçi» cavab oyununa çıxır


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» - Avqustun 3-də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. «Neftçi» Bakıda Belçikanın «Anderlext» komandasını qəbul edəcək. Bu oyunun qalibi Çexiyanın «Slaviya» komandası ilə qarşılaşacaq.



İyulun 26-da «Anderlext» «Neftçi»yə 5:0 hesabı ilə qalib gəlmişdi.



- Azərbaycan çempionatını üçüncü yerdə başa vurmuş Yevlaxın «Karvan» komandası Türkiyədəki təlim-məşq toplantılarını sona çatdırıb. Avqustun 2-də Azərbaycana qayıdan «Karvan» avqustun 12-də startı veriləcək ölkə çempionatına hazırlığı Bakıda davam etdirəcək.



- Oktyabrın 3-dən 9-na qədər Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına hazırlıq məqsədilə Azərbaycan gimnastları Dinarə Gimatova, Anna Qurbanova və Vəfa Hüseynova Yunanıstanda təlim-məşq toplantısına yollanıblar. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Azərbaycan gimnastları Rusiya yığması ilə birgə məşq keçirlər.



- Polşada cüdo üzrə «A» kateqoriyalı beynəlxalq turnir başa çatıb. 19 ölkədən 300-dən artıq cüdoçunun iştirak etdiyi yarışda Azərbaycanı gənclərdən ibarət komanda təmsil edib. 81 kq çəki dərəcəsində mübarizə aparan Fərid Allahverdiyev bürünc medal qazanıb, 57 kq-da yarşıan Ramilə Yusupova isə 5-ci yeri tutub. Yığma komanda hazırda Polşada təlim-məşq toplantılarını davam etdirir.
XS
SM
MD
LG