Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Rauf Arifoğlunun məhkumluğu ləğv edildi


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Avqustun 2-də Apellyasiya Məhkəməsi «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun məhkumluğunu ləğv edib. 2003-cü ilin prezident seçkisindən sonra həbs edilən cənab Arifoğlu prezidentin əfv fərmanıyla azad olunsa da, birinci instansiya məhkəməsində onun mıhkumluğu götürülməmışdi.



Buna qədər digər müxalifət funksionerlərindən Pənah Hüseyn, Arif Hacılı, Etimad Əsədov, Sərdar Cəlaloğlu və İqbal Ağazadənin də üzərindən məhkumluq götürülüb. «Cümə» Dini İcmasının rəhbəri İlqar İbrahimoğlunun isə eyni iddiası təmin edilməyib.



Azərbaycan qanunvericiliyinə görə, məhkumluğu olan şəxslər seçkiyə namizəd kimi qatıla bilməzlər.
XS
SM
MD
LG