Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Amerikaya səfəri ilə bağlı rəsmi məlumatda deyilir ki, danışıqların gündəliyinə ikitərəfli münasibətlər, terrorizmlə mübarizədə və təhlükəsizlik məsələlərində əməkdaşlıq, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət daxildir. Bundan başqa demokratiya, energetika sahəsində əməkdaşlıq məsələlərinin də müzakirəsi nəzərdə tutulur.
Bu məlumatı Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi Tahir Tağızadə verib.
Yerli mətbuatda belə fikirlər var ki, Elmar Məmmədyarovun səfəri zamanı Amerikanın Özbəkistandakı Xanabad bazasının Azərbaycana köçürülməsi də müzakirə olunacaq.
Amerika dövlət katibinin qlobal məsələlər üzrə müavini Paula Dobrianski ötən həftə Bakıya səfəri zamanı demişdi ki, Azərbaycanın hökumət rəsmiləri ilə danışıqlarda diqqət ayrılan əsas məsələ demokratiyadır:
"Biz Azərbaycanla ciddi əməkdaşlıq edirik və bu əməkdaşlığın bir hissəsi kimi çoxlu məsələlər müzakirə olunur. Bunlardan biri də bizim prezidentimizin böyük önəm verdiyi demokratiya məsələsidir. Mənim burda olmağımın köklü səbəbi də demokratiyanı, Azərbaycanda demokratiyanın irəliləməsini müzakirə etməkdir. Bu, bizim münasibətlərimizin, bütün səviyyələrdə dialoqumuzun mövzusudur".
Paula Dobrianskinin dediklərindən belə çıxır ki, Elmar Məmmədyarovun Vaşinqtonda görüşlərinin prioritet mövzusu məhz demokratiya olacaq.
Politoloq Rasim Musabəyov Azərbaycan–Amerika danışıqlarında neft və demokratiyanın əsas yer tutduğunu deyir. Ancaq o, Amerika rəsmilərinin Azərbaycana demokratiyayla bağlı hər hansı ultimatum verəcəyini, kəskin bəyanatla çıxış edəcəyini gözləmir. Politoloqun fikrincə, bunun üçün xarici işlər nazirini Vaşinqtona dəvət etməyə ehtiyac yox idi, bu bəyanatı Bakıya səfər etmiş xanım Dobrianski vasitəsilə də çatdırmaq olardı.
"Şərq–Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da bu fikirdədir ki, Elmar Məmmədyarovun Vaşinqtona səfəri zamanı əsas müzakirə mövzusu demokratiya olacaq. Politoloq ikitərəfli münasibətlərin, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini təbii sayır, ancaq hətta bu məsələlərdə də vurğunun demokratiyaya qoyulacağını düşünür.
Ərəstun Oruclu seçkiqabağı Amerikanın Azərbaycana ciddi mesaj verəcəyini də istisna etmir. O, bunu beynəlxalq təşkilatların tələblərinə baxmayaraq Azərbaycanın seçki məcəlləsi, seçki komissiyalarının tərkibiylə bağlı irəliyə addım atmamasıyla izah edir.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Ərəstun Oruclu bu yöndə hər hansı razılıq əldə olunacağı halda belə bunun Ki-Uest, Paris razılaşmalarından uzağa gedə bilməyəcəyini düşünür.