Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:31

«Erməni qumbarasının əks - sədası»


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» «Yeni Azərbaycan» qəzetindəki «Erməni qumbarasının əks - sədası» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, ermənilər xarici xüsusi xidmət orqanlarının əlində alətə çevriliblər. ABŞ prezidenti Corc Buşa Gürcüstanda edilən sui - qəsd cəhdi də bunu deməyə əsas verir. Müəllif yazır ki, hadisədə istifadə edilən qumbara Ermənistan istehsalıdır. Planetin ən qüdrətli dövlətinin başçısına qumbara atanın milliyyətcə erməni olması da məsələnin mahiyyətindən xəbər verir.



«Üç nöqtə» qəzetindəki «Azərbaycan nefti tarixdə ilk dəfə olaraq 60 dollara satılıb» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, avqustun əvvəlindən neftin qiymətinin qalxacağı ilə bağlı ekspertlərin rəyləri özünü doğrultmaqdadır. Məqalədə bildirilir ki, tarixdə birinci dəfədir ki, Azərbaycana məxsus bir barel neft bu qiymətə satılır. Ekspetrlər bildirirlər ki, qiymət artımı tendensiyası davam edəcək.



«Ayna» qəzetindəki «İnqilab tutqusu» başlıqlı məqalədə Müşfiq Həqq yazır ki, müxalifət var gücü ilə inqilabın qaçılmaz olduğunu, iqtidar isə bunun mümkünsüzlüyünü sübut etmək istəyir. Müəllif yazır ki, bu seçkilər istər siyasi qüvvələrin düzümündə, istər ictimai rəyin qəti mövqeyə gəlməsində, istərsə də beynəlxalq güclərə münasibətin bu və ya digər şəkildə kristallaşmasında mühüm rol oynayacaq.
XS
SM
MD
LG