Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:43

Svante Kornell: "Azərbaycanda inqilab etmək çətindir"


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Con Hopkins Universiteti nəzdində Qafqaz-Orta Asiya İnstitutunun tədqiqat direktoru Svante Kornellə müsahibə



Sual: Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Kazan şəhərində keçiriləcək görüşündə irəliləyiş olacağını deyirlər. Sizcə, bu irəliləyiş nədən ibarət ola bilər? Digər tərəfdən, Qarabağ münaqişəsinin həllinin seçkiqabağı qabardılması birbaşa seçkilərə təzyiq vasitəsi sayıla bilərmi?



Cavab: Biz dəfələrlə ümid etmişik ki, görüşlərdə irəliləyişlər olacaq, amma olmadı. İndidən onu söyləmək mümkün deyil. Bunun seçkilərlə bağlı olduğunu düşünmürəm. Çünki, əvvəllər danışıqları həmişə seçkilərdən sonraya saxlayırdılar. Seçkidən əvvəl danışıqlar, irəliləyişlər olmazdı. Düşünmürəm ki, danışıqlar prosesi seçkilərlə sıx bağlıdır. Amma sözsüz ki, Kazandakı görüşün nəticələri seçkilər üçün mühümdür. Azərbaycan xalqı və siyasətçiləri üçün yaxşı nəticə olmasa, bu, təbii ki, Yeni Azərbaycan partiyası üçün problem yarada bilər.



Sual: Cənab Kornell, ABŞ müdafiə naziri Donald Ramsfeldin Azərbaycana səfərlərinin mənası nədir? Yəni, sadə dillə desək, Amerikanın baş hərbçisi niyə belə tez-tez Azərbaycana gəlir?



Cavab: Ramsfeld çox uzun vaxtdır ki, Pentaqon üçün Abşeronda, Bakının yaxınlığında hərbi baza, ən azından təyyarələr üçün bir baza istəyir. Bunu hamı bilir. Amma Azərbaycan başa düşür ki, Pentaqona bir baza verməklə Rusiya və İranla əlaqələri poza bilər. Ona görə də Pentaqonun istədiyi bazayla bağlı hələlik razılıq verməyib. Və Ramsfeldin növbəti dəfə Bakıya gəlməsini bununla bağlamaq lazımdır.



Sual: Amerika Azərbaycandan bir baza istəyirsə, əvəzində nə verə bilər? Ümumiyyətlə, niyə məhz Azərbaycan? Niyə bu ölkə Pentaqon üçün bu qədər maraqlıdır?



Cavab: Amerikanın hərbi bazalarının harda olduğunu bilirsiniz –Türkiyədə və Cənubi Koreyada. Bundan əlavə indi Qırğızıstan və Özbəkistanda da var. Amma Özbəkistandakı bazanın taleyi aydın deyil, yəni, amerikalıların orda qalıb-qalmayacağı bilinmir. Bu bölgədə isə Amerikanın heç bir mövcudluğu yoxdur... ABŞ-ın uzunmüddətli strategiyası üçün Qafqazda hərbi bazasının olması çox vacibdir.



Sual: Gəlin bir az konkretləşdirək: Sizcə, Azərbaycan Amerikaya hərbi baza verə bilərmi və verəcəkmi?



Cavab: Mən elə fikirləşmirəm. Çünki, ABŞ-ın Azərbaycana dair siyasəti haçalanıb. Bir tərəfdən Pentaqonun Azərbaycana münasibəti çox yaxşıdır. Digər tərəfdən ABŞ-ın Dövlət Departamentinin Azərbaycanla əlaqələri o qədər yaxın deyil. Yəni, onlar burda siyasi problemlər, seçki məsələləri, demokratikləşmə prosesləri ilə maraqlanırlar. Pentaqon üçün isə bu məsələlər o qədər də önəm kəsb etmir. Amerikanın Azərbaycana dair siyasətinin daha aydın olması lazımdır. Mövqelər uzlaşdırılmalıdır. Misal üçün, hamı bilir ki, Ramsfeldin Azərbaycana münasibəti istidir, amma digər tərəfdən İlham Əliyev hələ də ABŞ-a dəvət olunmayıb. Belə problemlər hələ var. Ona görə, mən gözləmirəm ki, indi bir nəticə əldə olunacaq.



Sual: Son dövrlər amerikalılar, ABŞ qurumlarının müxtəlif vəzifəli nümayəndələri çox tez-tez Azərbaycana gəlməyə başlayıblar. Bu nə ilə bağlıdır? Bunun seçkilərə nə kimi təsiri ola bilər? Digər tərəfdən Sizcə, amerikalıların seçkiöncəsi səfərləri yalnız Azərbaycanda demokratikləşmə ilə bağlıdır, yoxsa başqa görünməyən bir məqsəd də var?



Cavab: Ancaq demokratiya deyil. Fikrimcə, onların Azərbaycana marağı seçkilər düzgün keçirilməzsə ölkədəki stabilliyin pozula biləcəyi ilə bağlıdır. Belə seçkilər Azərbaycanda təhlükəli proseslərə yol aça bilər, buna görə də
XS
SM
MD
LG