Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:47

Sabirabad və Tovuzda saxlanmış müxalifət fəalları sərbəst buraxılıb


Səs: Real audio
Onlar ömürlük həbs cəzasının dəyişdirilməsini tələb edirlər «Azadlıq» seçki blokuna daxil olan partiyaların iyulun 31-də Sabirabad və Tovuzda keçirdiyi aksiya zamanı saxlanmış 56 nəfər müxalifət fəalı sərbəst buraxılıb. Məlumat AXCP İnformasiya Mərkəzindən verilib.



Sabirabadda keçirilən aksiyada iştirak etmiş AXCP-nin bir qrup üzvü isə polis zorakılığına məruz qaldıqlarını deyirlər.



Partiyanın üzvü Xaliq Bahadırın sözlərinə görə, aldığı bədən xəsarətlərinə görə məhkəməyə müraciət etmək fikrindədir.



Sabirabad rayon Polis İdarəsinin rəis müavini Rizvan Quliyev isə polisin mitinqçilərə zoraklıq etmədiyini bildirir.



AXCP sədrinin müavini Həsən Kərimovun verdiyi məlumata görə, blok yaxın günlərdə bölgələrdə mitinqləri davam etdirməklə bağlı qərar qəbul edəcək.
XS
SM
MD
LG