Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Amerika bazalarının Azərbaycana köçürülməsi nə dərəcədə realdır?


Səs: Real audio
Onlar ömürlük həbs cəzasının dəyişdirilməsini tələb edirlər Dünyanın bir sıra kütləvi informasiya vasitələrində Amerikanın Özbəkistandakı bazalarını Azərbaycana köçürməsi ehtimalı səslənməkdədir. Məsələn, Rusiyada çıxan "Nezavisimaya Qazeta" yazır ki, Pentaqon həmin bazanı digər ölkələrin ərazisində, əsasən də Azərbaycanda yerləşdirməyə çalışacaq.



Amerikanın müdafiə naziri Donald Ramsfeldin Bakıya gözlənilən səfəri ərəfəsində həmin ölkənin Azərbaycanda hərbi bazalar yerləşdirəcəyi barədə fikirlər yenidən gündəmə gəlib.



Con Hopkins Universiteti nəzdində Orta Asiya–Qafqaz İnstitutunun tədqiqat direktoru Svante Kornell "Azadlıq" radiosuna müsahibədə deyib ki, Pentaqon Abşeronda ən azından təyyarələr üçün bir baza istəyir. Azərbaycan isə Rusiya və İranla münasibətlərini poza biləcəyindən ehtiyatlanaraq buna icazə verməyib.



Svante Kornell Amerika hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi məsələsində tezliklə bir nəticənin hasil olacağına inanmır və bunu Amerika Dövlət Departamenti ilə Pentaqon arasında Azərbaycana dair siyasətdə parçalanma ilə izah edir. Belə ki, Dövlət Departamenti daha çox bu ölkədə seçki, demokratiya məsələləri ilə maraqlanır, Pentaqon üçünsə bu məsələlər elə də önəmli deyil.



İsveç tədqiqatçısı Azərbaycan prezidenti İlham Əliyevin hələ də Amerikaya dəvət olunmamasını həmin ölkənin bu Cənubi Qafqaz respublikasına münasibətinin təzahürü kimi qiymətləndirir.



"Ayna-Zerkalo" qəzetlərinin şərhçisi Rauf Mirqədirov Amerikanın Özbəkistandakı qüvvələrini Azərbaycanda yerləşdirməsinin çox real olduğunu deyir və bunu Birləşmiş Ştatların Azərbaycan üzərində siyasi və iqtisadi təsir vasitələrinin olmasıyla izah edir. Şərhçinin fikrincə, həmin təsir vasitələri müqabilində Azərbaycan bazalar məsələsinə razılıq verməyə məcbur olacaq.



Müstəqil politoloq Zəfər Quliyev də Amerikanın Azərbaycanda baza yerləşdirəcəyini istisna etmir və xarici işlər naziri Elmar Məmmədyarovun Amerikaya səfəri zamanı bu məsələnin də müzakirə mövzusu ola biləcəyini deyir.



Politoloqun fikrincə, Azərbaycan son iki ildə müəmmalı, bir neçə istiqamətdə xarici siyasət aparıb, əslində isə xarici siyasəti müəyyənləşdirməyin vaxtı çatıb. Politoloqun dediyinə görə, bu zaman Azərbaycan Amerikaya üstünlük verməlidir.



"Stratfor" Araşdırmalar Mərkəzi bu ilin aprelində – Amerikanın müdafiə naziri Donald Ramsfeldin Bakıya son səfərindən bir neçə gün sonra yazırdı ki, Amerika rəsmiləri Azərbaycana hərbi qüvvə göndərmək planlarını təkzib etsələr də, Amerika əsgərləri və avadanlığı artıq Azərbaycandadır, daha çox qüvvə və təyyarə isə ilin sonunadək gətiriləcək.



Bu zaman mərkəz Azərbaycandakı mənbələrə istinad edirdi. Həmin mənbələrsə Amerika əsgərlərini Kürdəmirdə, "Nasosnı" deyilən ərazidə gördüklərini deyirdilər. Eyni zamanda, Rusiya, Gürcüstan və Ermənistanın hökumət mənbələri Azərbaycanda Amerika hərbi qüvvələrinin mövcudluğundan xəbərdar olduqlarını bildiriblər.
XS
SM
MD
LG