Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

Məhbuslar aclıq aksiyasına başladılar


Səs: Real audio
Onlar ömürlük həbs cəzasının dəyişdirilməsini tələb edirlər Qobustan həbsxanasında ömürlük həbs cəzasına məhkum edilmiş 28 məhbus avqustun 1-dən aclıq aksiyasına başlamaları ilə bağlı prezidentə müraciət ünvanlayıblar. Onlar dövlət başçısından parlament seçkisi ərəfəsində hüquqlarının bərpasına yardımçı olmağı xahiş edirlər.



Keçmiş məhbus Rəhim Qazıyevin sözlərinə görə, aksiya iştirakçıları onlara ömürlük həbs cəzasının verilməsini düzgün hesab etmirlər.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəis əvəzi Nazim Ələkbərov aclıq edən məhbusların 28 yox, 3 nəfər olduğunu bildirir. Onun sözlərinə görə, idarə məhkumların adından Konstitusiya Məhkəməsinə məsələyə baxıb münasibət bildirməsi ilə bağlı müraciət edib.



Aclıq edənlər 1998-ci ildə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənən məhbuslardır.



Bir ay əvvəl də onlar bu məsələ ilə bağlı oxşar aksiya keçirmişdilər. Həmin vaxt ombudsman Elmira Süleymanova həsxanada məhbuslarla görüşərək, problemlərinin həllinə çalışacağını bildirmişdi.
XS
SM
MD
LG