Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:12
Rubrikalar

Azərbaycan əsgəri necə səs verir?


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır "Seçki Qatarı"nda:



- Azərbaycan əsgəri necə səs verir sualına cavab arayacaq;



- Mingəçevir sakinlərinin göndərdiyi "seçki boxçası"na göz atacaq;



AZƏRBAYCAN ƏSGƏRİ NECƏ SƏS VERİR?



Fərid 2003-cü prezident seçkiləri zamanı hərbi qulluqda olub. O, öz seçimini hərbi hissədə qurulmuş seçki məntəqəsində edib. Fərid səs verərkən rəhbərliyindən onların dediyi namizədə səs verməsi tapşırığını alsa da, seçki qutusuna istədiyi namizədin adını salıb.



Hərbi xidmətdə olan bəzi əsgərlər hərbi hissədə səs verdiyindən Fərid kimi bir sıra problemlərlə qarşılaşırlar.



Seçki Monitorinq Mərkəzinin sədri Anar Məmmədli deyir ki, onda olan məlumata görə, 2003-cü il prezident seçkiləri zamanı bəzi hərbi hissələrdə hərbçilərə namizədlərdən birinə səs vermək tapşırığı verilirdi. Bəzilərində isə əmrlərə tabe olmayanların cəzalandırılacağı söylənirdi. O, bunu hərbi xidmətdə olanların həyat təcrübəsinin azlığı ilə əlaqələndirir.



Hüquqşünas Erkin Qədirov bildirir ki, qanuna görə, hərbi qulluqçular mülki şəxslər kimi ümumi şərtlərlə yaradılmış seçki məntəqələrində səs verməlidirlər. Onun sözlərinə görə, hərbi hissə yaşayış məntəqəsindən uzaqda yerləşirsə, seçki məntəqəsi hərbi hissələrdə yaradılmalıdır.



2003-cü il seçkilərini müşahidə edən Anar Məmmədli seçkiləri müşahidə etmək üçün hərbi hissələrə buraxılma ilə bağlı problemlərin olduğunu bildirir.



Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov 2003-cü il prezident seçkilərində hərbi hissələrdə səsvermə zamanı baş verən qanunsuzluqlarda bir sıra hərbçilərin də iştirak etdiyini deyir. Onun sözlərinə görə, əsgərlər əmrə tabe olduqlarından onlar komandirlərinin seçkilərlə bağlı verdiyi saxta əmrlərə də əməl edirlər.



Hüquqşünas Erkin Qədirov deyir ki, Seçki Məcəlləsinə görə, müşahidəçi və ya seçki komissiyanın üzvü seçicinin kiminsə təsiri altında səs verdiyini görsə, seçicidən bülleten alınır və həmin seçici səsvermədən kənarlaşdırılır. Səsverməyə təsir edən şəxslər isə inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Erkin Qədirov bildirir ki, eyni qanunlar hərbçilərə də şamil olunur.



MİNGƏÇEVİR SAKİNLƏRİNİN ƏKSƏRİYYƏTİ SEÇKİLƏRDƏN HEÇ NƏ GÖZLƏMİR



Kür çayının qırağında salınan, yerlilərin "isti şəhər" adlandırdıqları Mingəçevir Azərbaycanın ən gənc şəhərlərindən biridir. Hətta buranı "kiçik Azərbaycan" da adlandırmaq olar. Çünki, İkinci Dünya mürahirəbəsindən sonra Kürün qırağında su elektrik stansiyası tikmək üçün Azərbaycanın hər yerindən axışıb-gələnlər indi bu şəhərin sakinləridir.



«Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyevin sözlərinə görə, vaxtilə Mingəçevirdə SSRİ əhəmiyyətli sənaye müəssisələri olub, onların əksəriyyətinin dağılması minlərlə adamı işçiz qoyub. Bu müəssisələr isə təkcə iş yeri yox, həm də ev almaq imkanıydı.



Səmayə xala da toxuculuq kombinatında çalışıb, 20 ildə ev növbəsində olub.



Təqaüdçü Məhəbbət xalanın 70 yaşı var. Ahıl çağında evinin qabağındakı çayxanada işləyir ki, günəmuzd pul qazansın. Deyir ki, Mingəçeviri quranlardandır, amma onu yada salıb dərdinə əlac edən yoxdur.



Mingəçevirlilərin, şəhərdə yaşayan məcburi köçkünlərin bir problemi də var: şəxsiyyət vəsiqəsi.



Sakinlər deyirlər ki, şəxsiyyət vəsiqəsi almaq müşkülə çevrilib. Uzun növbələr var, üstəlik, onlardan qeyri-rəsmi rüsum ödənilməsi də istənilir.



Sakinlərin iradları ilə razılaşmayan şəhər Pasport stolunun rəhbəri Zoya xanımın dediyinə görə, iş qrafikinin imkan verdiyi qədər vəsiqələr
XS
SM
MD
LG