Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Polis AXCP-nin piketini dağıtdı


Səs: Real audio
Onlar Əli Kərimliyə qarşı təhqiramiz reportajlara etiraz bildiriblər İyulun 30-da 100-ə yaxın AXCP üzvünün Lider televiziyası qarşısında keçirmək istədiyi piketi polis dağıdıb.



Partiyanın sədr müavini Həsən Kərimovun sözlərinə görə, qarşıdurmada iki piketçi xəsarət alıb.



O, 19 aksiyaçının Yasamal rayon Polis İdarəsinə aparıldığını, izahat alınandan sonra onların sərbəst buraxıldığını da bildirir.



AXCP fəalları Lider kanalından partiyanın sədri Əli Kərimliyə qarşı aparılan antitəbliğata son qoyulmasını tələb etmək istəyirdilər.



Bakı Şəhər İcra Hakimiyyəti piketə icazə verməyib. Meriya partiya ilə telekanal arasında yaranmış problemin dialoq yolu ilə həll edilməsini məqsədəuyğun hesab edir.



Son vaxtlar Lider TV-də Əli Kərimliyə qarşı təhqiramiz xəbər və reportajlar yayımlanıb. Bunun müqabilində, AXCP-yə yaxın olan "Azadlıq" qəzeti də Lider TV işçilərinə qarşı oxşar ittihamlar irəli sürüb.
XS
SM
MD
LG