Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:24

ATƏT təhqiri qəbul etmir


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib Seçki ərəfəsində tərəflər təhqirdən çəkinməlidirlər. ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi mətbuata açıqlamasında belə deyib.



O, kütləvi informasiya vasitələrindəki təhqir kampaniyasının qəbul edilməz olduğunu söyləyir. Səfir son həftələr Azərbaycanda şəxsiyyətə qarşı təhqir dolu hücum və təzyiqlərin dünyanın heç yerində müşahidə edilmədiyini bildirib. Cənab Pavesi deyib ki, Avropada belə kampaniyalar qəbul edilməzdir.



Seçki öncəsi "qara texnologiyalar"dan istifadə iqtidar-müxalifət partiyalarının da müzakirə mövzusu olub.



Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov kütləvi informasiya vasitələrində əxlaqa, siyasi etikaya zidd fikirlərin yer almasının əleyhinə olduqlarını bildirib.



Müsavat partiyasının başqanı İsa Qəmbər də iyulun 29-da keçirdiyi mətbuat konfransında rəhbərlik etdiyi «Bizim Azərbaycan» blokunun adından hakimiyyəti "qara piar"ı dayandırmağa çağırıb.
XS
SM
MD
LG