Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

Qusarda dağ xizəyi kompleksi inşa ediləcək


Səs: Real audio
Bu, 50 milyon avroya başa gələcək Azərbaycanda ilk dəfə olaraq Qusarın Ləzə kəndində turizm bazası və dağ xizəyi kompleksi inşa ediləcək.



Bunu Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev bildirib. Onun sözlərinə görə, kompleksin layihələndirmə işini İsveçrə, Avstriya, Rusiya və Türkiyə, tikintisini isə Fransa şirkətləri aparacaq.



«İyulun 28-də Qusarda həmçinin olimpiya kompleksinin inşasına da başlanılır». Bunu da cənab Qarayev söyləyib.



O, kompleksin tikintisinin bir il ərzində başa çatacağını deyib: «Kompleks əsas və yardımçı binalardan, üzgüçülük hovuzundan ibarət olacaq. Əsas bina 750 nəfər, yardımçı bina və üzgüçülük hovuzunun hər biri isə 150 nəfər tutacaq. Ətrafda 250 yerlik mehmanxana kompleski də tikiləcək».



Nazir dağ xizəyi və olimpiya komplekslərinin inşasına ümumilikdə 50 milyon avro sərf ediləcəyini söyləyib.



Hazırda ölkədə 12 olimpiya kompleksi var. Bu il daha üç kompleksin əsası qoyulacaq.
XS
SM
MD
LG