Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:09

«Mərkəzi Asiyadakı ABŞ hərbi bazaları Azərbaycana köçürülə bilər»


Səs: Real audio
ABŞ Dövlət Katibinin müavini avqustda Qarabağ münaqişənin həllində dönüş ola biləcəyini deyir «Yeni Azərbaycan» qəzetindəki «ABŞ-ın regional siyasətini Azərbaycansız təsəvvür etmək çətindir» başlıqlı məqalədə Aqşin Hümbətov yazır ki, Azərbaycan yeni müstəqillik qazanmış dövlət kimi Birləşmiş Ştatlardan çox şey öyrənir. İki ölkə arasında demokratik islahatların həyata keçirilməsi və enerji resurslarının işlənməsi, həm də dünyadakı qlobal təhlükəsizlik problemləri ilə bağlı ikitərəfli əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Müəllif yazır ki, konqresmen Çet Edvardsın məlum bəyanatında rəsmi Bakının bu sahədəki fəaliyyəti layiqincə qiymətləndirilir. Məqalədə deyilir ki, bir müsəlman dövləti olaraq Azərbaycanın dünyaya açıq olması və sivill inkişaf xətti götürməsi Konqresdə etiraf olunur.



«Xalq Cəbhəsi» qəzetindəki «Mərkəzi Asiyadakı ABŞ hərbi bazaları Azərbaycana köçürülə bilərmi?» başlıqlı məqalədə Aygun Rəhmanqızı yazır ki, Vaşinqtonun Nikson Mərkəzinin rəhbəri Dmitri Sayms bildirib ki, Mərkəzi Asiyadakı ABŞ bazaları Azərbaycana köçürülə bilər. Müəllif yazır ki, Azərbaycanın rəsmi dairələri bu fikirlərə etiraz etmirlər. ABŞ-ın Cənubi Qafqazda maraqları geniş olduğuna görə hərbi qüvvələrin yerləşdirilməsi ehtimalları da böyükdür. Məqalədə bildirilir ki, rəsmi Vaşinqton beynəlxalq təhlükəsizliyin təmin olunması məsələsində üzləşdiyi çətinlikləri nəzərə alaraq, məhz Azərbaycanda ciddi strateji mövqelər tutmağa çalışır.



«Bakı-Xəbər» qəzetindəki «Vilayət Eyvazovun bəyanatı DİN-də də birmənalı qarşılanmayıb» başlıqlı məqalədə Tofiq yazır ki, bu günlərdə nazir müavininin radikal müxalifətin güya silahlı dəstələr yaratması barədə verdiyi açıqlama müəyyən narazılıq doğurub. Məqalədə bildirilir ki, nazir Ramil Usubovun müsahibələri də bu haqda müəyyən qənaətə gəlməyə əsas verir. Cənab Usubov müavinindən fərqli olaraq çox ehtiyatlı mövqe tutaraq, qanunsuz silahların müxalifətə məxsusluğu barədə fikir söyləməyib.
XS
SM
MD
LG