Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:11

Terror aktları Britaniyadakı azərbaycanlılara nə kimi təsir edib?


Səs: Real audio
ABŞ Dövlət Katibinin müavini avqustda Qarabağ münaqişənin həllində dönüş ola biləcəyini deyir Bugünkü "Qlobus"da Yeni Zelandiyadakı azərbaycanlılar barədə və Böyük Britaniyada terror aktlarından sonra yaranmış vəziyyətin bu ölkədəki Azərbaycan icmasına necə təsir etməsindən danışacağıq.



"Qlobus"un qonaqları:



- Azərbaycan – Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Mirnasim Zeynalov;



- Böyük Britaniyadakı Azərbaycan Türkləri Cəmiyyətinin sədri Şahrux Məzhəri.



- Mirnasim Zeynalov 2002-ci ildən Yeni Zelandiyanın Okland şəhərində yaşayır. Hazırda Avstriya Hava Yollarında çalışır. Mirnasim bəy deyir ki, ilk dəfə Yeni Zelandiyaya təhsil almaq üçün gəlib. Amma sonradan bu ölkədəki şərait onun xoşuna gəlib və o, Yeni Zelandiyada qalıb-yaşamağa qərar verib.



Onun sözlərinə görə, Azərbaycanı neft ölkəsi kimi tanıyan Yeni Zelandiya əhalisi onun çox varlı ölkə olduğunu düşünür və azərbaycanlıların vətənlərini tərk edib Yeni Zelandiyaya köçmələrindən təəccüblənirlər.



- İyulda London nəqliyyatında törədilən terror aktlarından sonra Böyük Britaniya terror əleyhinə tədbirlərin gücləndirilməsi istiqamətində addımlar atmağa başlayıb. Həmsöhbətimiz Azərbaycan Türkləri Cəmiyyətinin sədri Şahrux Məzhəridir. O, Londonda yaşayır.



Şahrux bəy Britaniyada 150 minə yaxın azərbaycanlının yaşadığını deyir. Onun sözlərinə görə, Azərbaycan icması o biri icmalardan fərqlənir. Azərbaycanlılar yerli əhali və başqa millətlərlə qarışıblar. Və terror hücumlarından sonrakı vəziyyətin Azərbaycan icmasına hər hansı təsiri olmayıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG