Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12
Rubrikalar

Azərbaycan Rusiyadan qaz idxalını ən tezi 2008-ci ildə dayandıracaq


Səs: Real audio
ABŞ Dövlət Katibinin müavini avqustda Qarabağ münaqişənin həllində dönüş ola biləcəyini deyir - 2008-ci ilədək Rusiyadan qaz alınmasına ehtiyac qalacaq. Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından 2015-ci ilədək qazın da çıxarılması mümkün olacaq. Təxminən 128 milyard kubmetr qazın 39 milyardı Neft Şirkətinə veriləcək ki, bu da əhalinin tələbatının ödənilməsinə sərf olunacaq. Qalan 89 milyard kubmetr qaz laylarda təzyiqi normal səviyyədə saxlamaq üçün yataqlara vurulacaq.



Dövlət Neft Şirkəti laylara vurulacaq həmin qazın bir hissəsini – 22 milyard kubmetrini almaq niyyətindədir və artıq bu haqda Beynəlxalq Əməliyyat Şirkəti ilə danışıqlar aparır. Razılaşma əldə olunarsa, Azərbaycan 2008-2009-cu ildən sonra Rusiyadan qaz almayacaq və tələbatını tam ödəyəcək.



Azərbaycana mavi yanacaq ixrac edən Rusiyanın "Qazeksport" şirkəti gələn ildən hər kubmetr qaz üçün qiyməti qaldırmaq niyyətindədir.



- Dəmiryolu üçün yeni lokomotivlərin alınması planlaşdırılır. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, bu haqda danışıqlar aparılır. Avropa Yenidənqurma və İnkişaf Bankından 50 milyon dollarlıq kreditin alınması nəzərdə tutulub.



Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirir ki, idarəyə uzun müddətdir lokomotivlər alınmır. Dəmiryolu ilə daşımaların artdığı bir vaxtda isə daha çox sayda lokomotiv tələb olunur.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4694 manat, 1 rubl 163 manat, 1 avro isə 5639 manatdır.
XS
SM
MD
LG