Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:04

Naxçıvanda müxalifət təzyiqlərə məruz qaldığını iddia edir


Səs: Real audio
ABŞ Dövlət Katibinin müavini: «İnsanlar qarşıdan gələn parlament seçkisinə böyük maraq göstərirlər» AXCP Naxçıvan təşkilatından verilən məlumata görə, naməlum şəxslər partiya üzvlərinin əksəriyyətinin evlərinə gedərək onların ailə üzvlərini hədələyiblər.



Təşkilat bu təzyiqləri iyulun 26-da azad seçki tələbi ilə keçirdiyi mitinqlə bağlayır.



2 saylı Şərur seçki dairəsində komissiya üzvü olan Səbuhi Məhərrimli deyir ki, aksiyadan sonra naməlum şəxslər onu zorla maşına mindirərək şəhərdən çıxarıblar: «Mənə dedilər ki, bir daha Naxçıvana qayıtma».



İyulun 27-də isə Nehrəm kənd sakini, AXCP üzvü Vəli Həmzəyev işdən çıxarılıb. Naxçıvanın Energetika Nazirliyindən isə bu hadisə haqqında hər hansı məlumata malik olmadıqlarını, ancaq məsələni araşdıracaqlarını bildirdilər.
XS
SM
MD
LG