Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:01

Prezidenti qarşılamağa çıxanlarla polis arasında qarşıdurma yarandı


Səs: Real audio
Nazilə Qabulova adlı şikayətçi zoraklığa məruz qaldığını bildirir İyulun 26-da Xaçmaza gələn prezident İlham Əliyevi qarşılamağa çıxan şikayətçilərlə polislər arasında qarşıdurma yarandı.



«Azadlıq» radiosunun bölgə müxbirinə zəng edən Nazilə Qabulova adlı şikayətçi polislər tərəfindən zoraklığa məruz qaldığını və şöbədə saxlandığını bildirdi.



Prezidentə çoxlu sayda şikayət məktubları verildi. Cənab Əliyev Bakıdan gələn nümayəndə heyətinin Xaçmazda qalacağını və şikayətlərə baxacağını söylədi.



Dövlət başçısı yerli icra orqanlarına belə bir mesaj da verdi: «Sizdən tələbim budur ki, insanların qayğıları ilə yaşayasınız».



İ.Əliyev gələn il Xaçmazda yeni elektrik stansiyasının tikiləcəyini və enerji probleminin birdəfəlik həll ediləcəyini dedi. O, Xaçmazın kəndlərinə yeni texnika veriləcəyini də bildirdi.



Prezident rayondakı Uşaq və Gənclər İdman məktəbinin, Heydər Əliyevə ucaldılmış abidənin, özəl tibbi poliklinikanın, Regional Turizm İnformasiya Mərkəzinin açılış mərasimlərinə qatıldı, əmək-kredit yarmarkasında iştirak etdi.



Onun Qusar rayonuna gedəcəyi də bildirilir.
XS
SM
MD
LG