Səs: Real audio
«Seçkilə bağlı sorğunun etibarlı nəticələr əldə etməsində vicdanlı iştirak mühüm əhəmiyyət kəsb edir» Bələdiyyə və yerli hökumətlə bağlı iş təcrübəsinə malik və ya bu sahədə çalışmaq arzusunda olan gənclər “Vətəndaşların iştirakı yolu ilə bələdiyyə inkişafının planlaşdırılmasına dair təlim”də iştirak edə bilərlər.
Təlim Demokratik İslahatlar Uğrunda Cəmiyyət və Moskva İctimai Elm Fondu tərəfindən təşkil olunub.
Demokratik İslahatlar Uğrunda Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Rafiq Təmrazov deyir ki, təlimin əsas məqsədi yerli inkişaf proseslərində vətəndaşların iştirakına yardım etməkdir. Onun sözlərinə görə, Azərbaycan və rus dillərində keçiriləcək təlimlərə Rusiyadan müəllimlər dəvət olunacaq.
- Treninqi Rusiyadan gəlmiş nümayəndələr keçəcək. İştirakçılara bələdiyyələrlə işləməyin formalarını, metodlarını öyrədəcəklər.
Rafiq Təmrazov sentyabrın 4-dən 10-dək davam edəcək təlimin Bakıda keçiriləcəyini deyir. İştirakçıların təlim, səyahət, qalma və yemək xərcləri də Demokratik İslahatlar Uğrunda Cəmiyyət tərəfindən ödəniləcək.
- İştirakçılardan heç bir ödəniş tələb olunmur. Təlim müddətində onların lazımi vəsaitlərlə və gündəlik xərclərlə təmini də təşkilatçıların boynunadır.
Təlimdə iştirak etmək istəyənlər avqustun 30-dək Demokratik İslahatlar Uğrunda Cəmiyyətə müraciət etməlidirlər. Cəmiyyətlə əlaqə telefonu belədir: 449 88 00