Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Özbəkistan gəncləri Azərbaycanda qonaq olublar


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı İyulun 18-dən 21-dək davam edən “Özbəkistan gəncləri günü” layihəsi Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi ilə Özbəkistanın “Kamalot” Gənclər İctimai Hərəkatı arasında əməkdaşlıq planına əsasən gerçəkləşib.



Bu günlər ərzində qonaqlar Sumqayıt şəhərinin gəncləri, İqtisad Universitetinin tələbələri ilə görüşüblər, onlarla birlikdə konsert veriblər. İyulun 20-də isə Azərbaycan və Özbəkistan gəncləri Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış ediblər. Qonaqlar hətta Azərbaycan dilində də mahnılar ifa ediblər.



Özbəkistan gənclərinin Azərbaycan haqqında təəssüratları da xoşdur.



- Şəhəriniz çox xoşuma gəldi. Çox qonaqpərvər xalqınız var. Hər yer gözəldir. Gəncləriniz çox söhbətcil, nəzakətlidirlər. Onlar bizi çox isti qarşıladılar. Şəhəriniz o qədər xoşuma gəlib ki, hətta qayıtmaq belə istəmirəm.



- Şəhər çox xoşuma gəldi. Biz çox yerlərdə, muzeylərdə, mavzoleylərdə olduq. Xoş təəssüratlarla qayıdırıq. Gəncləriniz də şəndir. Onlara uğurlar arzulayıram.



Qonaqlar iyulun 21-də ölkələrinə qayıdıblar. Azərbaycan gəncləri isə keçən il Özbəkistanda qonaq olublar.
XS
SM
MD
LG