Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır İyulun 21-də "Gülüstan" sarayında milli mətbuatın 130 illiyinə həsr edilmiş mərasim keçirilib.
Mərasimdəki çıxışında prezident İlham Əliyev mətbuatın problemlərindən danışıb. O, bundan sonra da kütləvi informasiya vasitələrinə dövlətin qayğı göstərəcəyini bildirib.
Dövlət başçısı məmurları mətbuata açıq olmağa, qəzetlərdə gedən tənqidlərə, hətta bəzən təhqirlərə də dözməyə çağırıb. O deyib ki, biz bu dövrü keçməliyik.
İlham Əliyev "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətliylə bağlı istintaqın gedişi haqda deyib ki, bu sahədə işlər qənaətbəxşdir. Hadisəni Azərbaycan üçün ləkə adlandıran prezident bu ləkənin tezliklə ölkənin üzərindən götürüləcəyini bildirib.
Mərasimdə prezidentin sərəncamı ilə 100-dən çox jurnalist "Tərəqqi" medalı, fəxri adlar, prezident təqaüdü və s. mükafatlarla təltif edilib. Müasir dövrdə ilk müstəqil mətbuatın yaradıcısı Nəcəf Nəcəfovsa ölümündən sonra "Şöhrət" ordeninə layiq görülüb.
Dövlət başçısının daha bir sərəncamı ilə bir sıra kütləvi informasiya vasitələrinə 10 milyon manat həcmində maliyyə yardımı ayrılıb.
"Turan" informasiya agentliyi, "Bakı Xəbər", "Yeni Müsavat", "Azadlıq" və s. qəzetlər Elmar Hüseynovun qətlinin istintaqı ilə bağlı məlumatsızlığa etiraz əlaməti olaraq mərasimə qatılmayıblar. Ancaq mükafatlandırılan jurnalistlər və maliyyə yardımı ayrılan KİV arasında həmin orqanların da adı var.
Mətbuatın 130 illiyi ilə bağlı "Hyatt Regency" otelində "Yeni Nəsil" Jurnalistlər Birliyi, "Ruh" Jurnalistlərin Müdafiə Komitəsi və Azərbaycan Jurnalistlər Konfederasiyası da bir qrup jurnalistə "Media açarı" mükafatını təqdim edib. 5 nominasiyada verilən mükafatlara AzTV, "Gün Səhər", "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin əməkdaşları layiq görülüb. Bundan əlavə, həmin nominasiyalar üzrə 2-ci, 3-cü yerləri tutan 15-dək jurnalistə də müxtəlif mükafatlar verilib.