Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Bakıdakı atışmada bir polis yaralandı


Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır İyulun 21-də saat 14 radələrində Bakının Nəsimi rayonu ərazisində polislə silahlı mülki şəxslər arasında atışma olub.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Mövlam Əlibəyov şübhəli görünən maşına yaxınlaşaraq sürücü və sərnişinlərdən sənədlərini tələb edib. Buna cavab olaraq maşındakılardan biri «PM» markalı tapançadan atəş açıb. Nəticədə Mövlam Əlibəyov yaralanıb.



Cənab Zahidov deyir ki, polislər maşındakılardan ikisini saxlasalar da, qalan üç nəfər aradan çıxa bilib.



Faktla bağlı cinayət işi açılıb, axtarış - əməliyyat tədbirləri həyata keçirilir.



Yaralı polis Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
XS
SM
MD
LG