Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

Siyasi məhbus siyahısı bir daha müzakirə ediləcək


Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır İyulun 22-də siyasi məhbuslar üzrə işçi qrupun növbəti iclasında amnistiya layihəsi müzakirə olunacaq. Tərəflər layihəyəyə təklif və qeydlərini bildirəcək, amnistiyanın qəbul olunma perspektivini götür-qoy edəcəklər.



Bunu «Azadlıq» radiosuna hüquq müdafiəçisi Murad Sadəddinov dedi. O, amnistiyanın müxtəlif cinayətlər törətmiş şəxslərə və axtarışda olan siyasi mühacirlərə aid olacağını deyir.



Cənab Sadəddinov onu da bildirdi ki, işçi qrupun iclasında ölkədəki siyasi məhbusların siyahısı bir daha müzakirəyə çıxarılacaq.



Bu il iyunun 11-də Azərbaycan hökuməti ilə bir sıra hüquq müdafiə təşkilatları arasında siyasi məhbuslarla bağlı memorandum imzalanıb. Həmin vaxt tərəflər siyasi məhbus məsələsinin beynəlxalq təşkilatlarda deyil, ölkə daxilində həll olunmasına dair razılıq əldə ediblər.



İşçi qrupuna hüquq müdafiəçiləri, millət vəkilləri, Xarici, Daxili, Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun və məhkəmələrin nümayəndələri daxildir.
XS
SM
MD
LG