Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:22
Rubrikalar

Çin şirkəti BTC-nin səhmdarı ola bilmədi


Səs: Real audio
Qlin Devis: «Biz Azərbaycan hökumətini bütün dini qruplara sərbəst fəaliyyət göstərməyə imkan verməyə çağırırıq» - ABŞ-ın "Yunokal" neft şirkətinin idarə heyəti şirkəti Çinin CNOOC şirkəti əvəzinə "Şevron"a satmaq qərarına gəlib. Halbuki, Çin şirkəti "Yunokal"a "Çevron"dan 1.5 milyard çox – 18.5 milyard dollar təklif edirdi. "Yunokal"a məxsus neft yataqlarında təxminən 2 milyard barrel neftin olduğu proqnozlaşdırılır. Şirkət həmçinin "Azəri-Çıraq-Günəşli" yataqları və "Bakı-Tbilisi-Ceyhan"ın da payçısıdır.



- Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayedəki yarım illik artım son 63 illə müqayisədə ən yüksək olub. Ötən illə müqayisədə isə müəssisələrdəki istehsal 20 faizdən çox artıb. Statistika Komitəsi sonuncu dəfə belə artımın 1942-ci ildə olduğunu bildirir.



- Prezidentin Əmək Məcəlləsinə əlavələr edilməsi haqqında sərəncamı qüvvəyə minib. Sərəncama görə, əgər işləyən şəxs eyni müəssisədə başqa bir vəzifəyə də qəbul olunarsa, ona ikinci vəzifədə əmək haqqının təxminən yarısı ödəniləcək.



- Prezidentin digər sərəncamı ilə dövlət qulluqçularına pensiyaların hesablanması qaydaları təsdiq olunub. Bundan sonra 5 il işləmiş dövlət qulluqçuları maaşlarının 45 faizi, 5 ildən 10 ilədək işləyənlərsə 45 faizdən əlavə hər ilə görə maaşın 2 faizi miqdarında pensiya alacaqlar. 10 ildən artıq işləyənlərə isə son maaşlarının 55 faizi və əlavə olaraq hər il üçün 5 faiz miqdarında pensiya veriləcək. Sərəncama görə, maksimal pensiya qulluqçunun maaşının 80 faizindən çox ola bilməz.



- Prezidentin başqa bir sərəncamı ilə "Elektron ticarət haqqında" qanun qüvvəyə minib. Qanuna görə, İnternet vasitəsilə elektron ticarətlə məşğul olmaq istəyənlər xüsusi lisenziya almalı olacaqlar. Qanuna görə, İnternetlə satıldıqdan maksimum 30 gün sonra mal alıcıya təhvil verilməlidir.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4702 manat, 1 rubl 163 manat, avro isə 5680 manatdır.
XS
SM
MD
LG