Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Rino Harniş: «Azərbaycan siyasi dəyişikliklərin yeni modelini yaratmalıdır»<p align=`left`><br><br>


Səs: Real audio
ABŞ-ın Azərbaycandakı səfiri «Başlıca məsələ seçkinin nəticəsidir» deyir «Məqsədimiz budur ki, Azərbaycan Qafqazda təkamül yolu ilə baş verən siyasi dəyişikliklərin yeni modelini yaratsın». ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş jurnalistlərin suallarını cavablandırarkən belə dedi.



Onun sözlərinə görə, Amerika azad və ədalətli seçkinin keçirilməsi üçün həm hökumətə, həm də Azərbaycan xalqına yaxından kömək göstərməyə çalışır. Bu məqsədlə həmçinin Qərb ölkələrinin nümayəndələri ilə də müzakirələr aparılır.



Parlament seçkisində Rusiya mütəxəssislərinin "exit-poll" keçirmək istəyinə münasibət bildirən cənab Harniş dedi ki, Azərbaycan hökuməti ilk gündən bu işi ABŞ-a həvalə edib və buna görə rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bildirib. Səfir əlavə edir ki, seçkilə bağlı onların işi yalnız "exit-poll"la bitmir. «Başlıca məsələ seçkinin nəticəsidir. Sözsüz ki, həm beynəlxalq, həm də yerli müşahidəçilərin seçkidə iştirakı, "exit-poll"un keçirilməsi nəticələrin legitimliyinə təsirini göstərəcək» - deyə, diplomat vurğulayır.



Politoloq İlqar Məmmədov hesab edir ki, Rino Harniş «Qafqazda yeni model» dedikdə Ukrayna, Gürcüstan və ya Qırğızıstan hadisələrinin təkrarlanmamasını nəzərdə tutur: «Yəni, Azərbaycanda azad və ədalətli seçki keçirilməsinə, bu üzdən də səsvermənin ertəsi günü ölkəni kütləvi etiraz aksiyalarının bürüməsinə zərurət qalmamasına işarə edir».
XS
SM
MD
LG