Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

«Təhsilimizə növbəti zərbəni TQDK vurdu!»


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» «Yeni Azərbaycan» qəzetindəki «Bakı və Yerevan… Sülhün bir addımlığında?» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Dağlıq Qarabağ (DQ) münaqişəsinin “Aland modeli” əsasında nizamlanmasına dair təkliflər yenidən gündəmə gəlir. Məqalədə bildirilir ki, bu modelin tətbiq edilməsini ATƏT Parlament Assambleyasının münaqişə üzrə məruzəçisi Qoran Lenmarker də müdafiə edir. O, bu yolla problemin həllində Avropaya inteqrasiya təcrübəsindən yararlanmağı məsləhət görür. Müəllif yazır ki, cənab Lenmarkerin fikrincə, DQ və ətraf böləgələrdə silahsızlaşdırma əməliyyatları keçirilməlidir.



«Bakı-Xəbər» qəzetindəki «Təhsilimizə növbəti zərbəni TQDK vurdu!» başlıqlı məqalədə Razi Tağı yazır ki, ikinci mərhələ bakalavrların biliyi 10 ballıq sistemlə qiymətləndirilsə də, komissiyanın açıqladığı nəticələrə görə 9,8 və 7 bal toplayanlardan çoxu qəbul edilmədiyi halda, 4-5 bal yığanlardan keçənlər var. Müəllif yazır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu anlaşılmaz nəticələrə izahında bildirib ki, bu, tamamilə normaldır. Belə ki, qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hikmət Kazımzadə deyib ki, birinci mərhələdə bakalavrlardan biri 80-90 bal, ikincidə isə 4 bal toplayırsa, əlbəttə ki, o, birinci mərhələdə az balla baryeri aşmış, lakin ikinci mərhələdə yuxarı nəticə göstərmiş digər bakalavrla müqayisədə qəbul olunacaq. Çünki burada hər iki mərhələnin yekun nəticələri nəzərə alınır.



«Ayna» qəzetindəki «Pentaqon şefi yenidən gəlir» başlıqlı məqalədə Cəsur Sümərinli yazır ki, Donald Ramsfeldin bu səfəri ABŞ-ın Orta Asiyadakı hərbi bazalarının taleyindən narahatçılıq keçirməsi ilə əlaqələndirilir. Müəllif yazır ki, həmçinin postsovet ölkələrində bir-birinin ardınca gerçəkləşən demokratik inqilabların davamlı sabitliyə gətirib çıxarmaması da səfərə səbəb ola bilər. Hərbi mənbələrin bildirdiyinə görə, cənab Ramsfeld Bakıya iki ölkə arasındakı strateji əməkdaşlıq məsələlərini, eləcə də Azərbaycanın anti-terror koalisiyası çərçivəsində gördüyü işləri müzakirə etmək üçün gələcək.
XS
SM
MD
LG