Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:54

Qlin Devis:«Kondoliza Rays Azərbaycandakı seçkilərlə yaxından maraqlanır»


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Amerika Birləşmiş Ştatları Dövlət Katibinin İnsan Haqları, Demokratiya və Əmək Məsələləri üzrə köməkçisi, səfir Qlin Devis “Azadlıq” radiosunun müxbiri Kənan Kazımoğlunun suallarına cavab verir:



Sual: 2003-cü il prezident seçkisindən sonra ABŞ Dövlət Departamenti rəsmi Bakını ATƏT-in və Venesiya Komissiyasının Seçki Məcəlləsini dəyişmək barədə təkliflərini qəbul etməyə çağırdı. Azərbaycan rəsmiləri isə bunu rədd etdi. Sizin bu vəziyyətə münasibətiniz necədir?



Cavab: Biz Azərbaycan hökumətini noyabr seçkisinə qədər seçki sistemində islahatlar aparmaq üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Venesiya Komissiyası ilə birgə işləməyə, seçkilərin azad və ədalətli keçməsi üçün prezidentin mayın 11-də imzaladığı sərəncamının icrasına çağırmışdıq. İndi gəlin, görək Azərbaycan nə edib?



Biz bəzi kiçik müsbət addımları görmüşük. Bu yaxınlarda parlament Seçki Məcəlləsinə dəyişiklikləri qəbul edib. Bunlar müsbət, lakin texniki dəyişikliklərdi. Amma biz ATƏT və Venesiya Komissiyasının 2003-cü ilin prezident seçkisindən sonra verdiyi daha mühüm dəyişiklikləri qəbul etdiyini görmürük. İndi bizim əsas önəm verdiyimiz məsələ budur.



Sual: Sizin Azərbaycan hökumətilə dialoqunuz davam edirmi? Siz bu dəyişikliklərin qəbul olunması üçün səylərinizi davam etdirirsinizmi?



Cavab: Bəli, biz bunu edirik. Biz həmçinin hökuməti 2004-cü il bələdiyyələrə seçkidən sonra Mərkəzi Seçki Komissiyasının Baş Prokurorluğa göndərdiyi seçki saxtakarlığı ilə bağlı 100-ə yaxın işin araşdırılmasına çağırırıq. Biz həmçinin mərkəzi və yerli hökumət nümayəndələrini seçki günü qanunları icra etməyə dəvət edirik. Biz hökumətlə birbaşa, yaxından danışırıq. Bir neçə yüksək səviyyədə əlaqələr olub və biz hər bir görüşümüzdə bu məsələləri qaldırırıq.



Sual: Cənab Devis, son illər Birləşmiş Ştatlar bir çox keçmiş postsovet respublikalarında demokratiyanın müdafiəsi üçün qəti mövqe tutub. Gözləmək olarmı ki, Amerika bu ilki parlament seçkisinin azad və ədalətli olması üçün Azərbaycan hökumətinə eyni səviyyədə təzyiq edəcək?



Cavab: Biz müxtəlif ölkələrlə müxtəlif tərzdə danışmırıq. Hər bir halda eyni prinsipləri tətbiq edirik. Lakin fərqli vəziyyətlər olur. Diplomatik situasiyadan asılı olaraq, bizim hər bir hökumətə yanaşmamız fərqli olur. Lakin mən sizi və dinləyicilərinizi əmin etmək istəyirəm ki, biz “Azərbaycanda demokratiyanı ən effektiv yolla necə inkişaf etdirə bilərik” məsələsilə çox yaxından məşğul olmaqdayıq.



Biz Azərbaycanı demokratiyanın inkişafına düşmən mövqedə dayanan ölkə kimi görmürük. Hesab edirik ki, Azərbaycanda açıqlıq var. Demokratiyanın inkişafı üçün biz yalnız hökumətlə deyil, həm də vətəndaş cəmiyyəti ilə işləyirik. Və bizim mesajımız aydındır: Azərbaycanda uzunmüddətli sabitlik üçün xalqı qane edən demokratik və bazar iqtisadiyyatı islahatları, xalqın azadlığı tələb olunur. Son aylar biz bəzi müsbət inkişaflar görmüşük, lakin görüləsi iş hələ çoxdur.



Sual: Noyabrın 7-də məlum olsa ki, seçki yenə beynəlxalq standartlara uyğun keçirilməyib, onda Amerikanın reaksiyası necə olacaq? Azad və ədalətli seçki keçirilməsə, bunun iki ölkə arasındakı münasibətlərə təsiri ola bilərmi?



Cavab: Biz, əlbəttə ki, seçkilərə qədər və seçki günü nə baş verəcəyini hələ görməliyik. Və ən mühümü, baxaq görək, səslər necə hesablanacaq, seçkidən sonra nə baş verəcək. Əgər belə bir nəticəyə gəlsək ki, bu seçki beynəlxalq aləmin, ATƏT və digərlərinin gözlədiyi kimi keçirilməyib, o zaman əlbəttə bunun Azərbaycan hökuməti ilə münasibətlərim
XS
SM
MD
LG