Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:41

Türkiyənin müdafiə naziri Bakıdadır


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Türkiyənin müdafiə naziri Vəcdi Könül iyulun 19-da Bakıya gəlib. Səfər çərçivəsində onun Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev, baş nazir Artur Rəsizadə, Xarici İşlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü nəzərdə tutulub.



Cənab Könülün Azərbaycanın bir sıra ali hərbi məktəblərinə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə, İncəsənət Muzeyinə baş çəkəcəyi gözlənilir.



Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, V.Könülün Bakıda olduğu müddətdə iki ölkənin hökumətləri arasında «Xəritəçilik sahəsində Təlim, Təhsil və Texniki Əməkdaşlıq haqqında» Saziş imzalanacaq.



Cənab Könülün səfəri iyulun 22-də başa çatacaq.
XS
SM
MD
LG