Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:02
Rubrikalar

«Neftçi» cavab oyununa hazırdır


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» - İyulun 20-də UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Bakının «Neftçi» komandası İslandiyada «Hafnarfyordur» komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 00.15-də başlanacaq. «Neftçi»nin baş məşqçisi Ağasəlim Mircavadov yetirmələrinin meydana qələbə üçün çıxacağını bildirir.



İyulun 12-də Bakıda keçirilmiş ilk oyunda «Nefti» 2:0 hesabı ilə qalib gəlmişdi. Cavab oyunundan qalib çıxan komanda növbəti mərhələdə Belçikanın «Anderlext» komandası ilə qarşılaşacaq.



- Beynəlxalq Güləş Assosiasiyasının (FILA) prezidenti Rafael Martinetti avqustun 4-də Bakıya gələcək. Bu haqda Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Cavanşir Qurbanov məlumat verdi. Məqsəd 2007-ci ildə Bakıda keçiriləcək güləş üzrə növbəti dünya çempionatına hazırlığın vəziyyəti ilə tanış olmaqdır.



Çempionat 2008-ci ildə Pekində keçiriləcək 29-cu Yay Olimpiya Oyunlarına liseniziya verəcək.



- İyulun 26-da İtaliyanın Çevita Kastelana şəhərində voleybol üzrə beynəlxalq yoldaşlıq turniri keçiriləcək. Turnirdə İtaliya, Bolqarıstan, Serbiya və Çernoqoriya, Azərbaycan yığma komandaları mübarizə aparacaq. Azərbaycanı gənclərdən ibarət komanda təmsil edəcək. Turnir iyulun 31-dək davam edəcək.
XS
SM
MD
LG