Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Bu günlərdə Bakı zooparkında iki şir balası doğulub. Bununla da zooparkdakı şirlərin sayı altıya çatıb.
Zooparkın direktoru Azər Hüseynovun sözlərinə görə, bu mövsüm zooparkda iki xallı maral, ceyran, kenquru, canavar, şotland atı – poni və adi at da doğulub. Adı «Qırmızı kitab»a düşmüş nadir xəzdərili yırtıcı safsarın üç balasının dünyaya gəlməsi isə uğur sayılır.
Zooparkın ərazisinin iki hektar genişləndirilməsi nəzərdə tutulur. Cənab Hüseynovun sözlərinə görə, avqustda Çexiyanın Praqa və Bruno zooparklarından mütəxəssislər Bakıya gələcəklər. Onlar zooparkda şəraitin yaxşılaşdırılması üçün məsləhətləşmələr aparacaqlar.
A.Hüseynov deyir ki, ərazi genişləndiriləndən sonra zooparka fil də gətiriləcək.
Bakı zooparkının hazırkı ərazisi 4,25 hektardır. Burda 170 növdən 1000-dən çox heyvan və quş var.