Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Üçüncü qrup üzrə ali məktəblərə qəbul imtahanı keçirildi


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» İyulun 19-da 2005-2006-cı tədris ili üçün üçüncü ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirildi.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 30404 abituriyent (Bakıda 28911, Naxçıvanda isə 1493) qəbul imtahanı verib. Onlardan 11057 nəfər oğlan, 19347 nəfər isə qızdır. Abituriyentlərdən 20553 nəfəri cari ilin orta məktəb məzunlarıdır. Onlardan 18516 rəfər Azərbaycan, 2037 nəfərsə rus bölməsini bitirib. İmtahanın keçirilməsi üçün Bakıda 55, Naxçıvanda isə üç bina ayrılıb. 199 nəfər bilavasitə imtahanın gedişinə rəhbərlik edib.



İmtahanın gedişini izləmək və fövqəladə hallarda təcili qərarlar qəbul etmək üçün TQDK-da operativ qərargah yaradılıb.



Hər il olduğu kimi bu il də üçüncü ixtisas qrupu üzrə ərizələrin sayı digər qruplardan çoxdur.



Bu il üçüncü qrupa sənəd vermiş abituriyentlər arasında ən populyar ixtisaslar aşkar edilib. Belə ki, Azərbaycan bölməsinin abituriyentləri daha çox BDU-nun «Azərbaycan dili və ədəbiyyatı», «Hüquqşünaslıq» və «Tarix» ixtisaslarını, rus bölməsinin abituriyentləri isə ADU-nun «Xarici dil», BDU-nun «Hüquqşünaslıq» və «Beynəlxalq münasibətlər» ixtisaslarını qeyd ediblər.
XS
SM
MD
LG