Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45

Gəncədə ərzaq ucuzlaşır


Gəncədə ətin qiyməti də düşüb. Əvvəl 7 manat 50 qəpiyə idi, hazırda 5 manat 50 qəpik olub
Gəncədə ətin qiyməti də düşüb. Əvvəl 7 manat 50 qəpiyə idi, hazırda 5 manat 50 qəpik olub
Gəncədə ərzaqların qiymətlərində kəskin ucuzlaşma hiss olunur. Əsasən ət və yağın qiymətində 1 manatdan 2 manatadək endirimlər edilib. Ötən ilin son ayı ilə müqayisədə iaşə mallarının bu qədər ucuzlaşması alıcıları sevindirir.

«Keçən ilin sonu ilə indiki vaxtı müqayisə eləsəm, qiymətlər çox düşüb. Məsələn bir çox meyvələr dekabrda 4-5 manat idisə indi 2 manata düşüb;

Yağın qiyməti 1 manat düşüb...»

Ət bazarının satıcıları deyir ki, kəndlərdən gətirilən mal-qara da əvvələ nisbətən 20-30 manat ucuz satılır. Buna görə də ətin qiymətini salmaq sərf edir. Belə getsə yaxın aylar ərzində ətin qiyməti 3 manatadək ucuzlaşa bilər.

«Ətin qiyməti də düşüb. Əvvəl 7 manat 50 qəpiyə idi, hazırda 5 manat 50 qəpik düşüb. Digər məhsullar da, düyü, şəkər tozunda ucuzlaşma hiss olunur;

Dana əti 6 manat idi. Olub 5 manat 60 qəpik. Fərq yaranıb. Bəli ucuz alırıq ki, ucuz da satırıq.

Qabaq satırdıq 6 manat 60 qəpiyə indi satırıq. 6 manata;

Almalar 3 manat idi indi 2 manatdır».

Mağaza sahibləri deyir ki, Türkiyə Qazaxıstan və İrandan gətirilən məhsullarda ucuzlaşma daha çoxdur.

«80 qəpiklik makaronlar olub 60 qəpik olub. 13 qəpiklik yumurta 8 qəpikdir. Yağ məhsulları da kəskin düşüb».

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Azərbaycanda istehlak olunan malların əksəriyyəti başqa ölkələrdən gətirilir. Ona görə də iqtisadi böhranın təsiri ilə idxal olunan mallar da ucuz gəldiyindən belə ucuzlaşma hiss olunur.

Amma bunun nə vaxta kimi davam edəcəyi, bəlkə də sonradan ucuzlaşmanın yerini qiymətlərin kəskin artımı tutacağı istisna edilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG