Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

«Bölgələrdə maskalı, avtomatlı şəxslər insanları qorxu altında saxlayırlar»


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» «Xalq Cəbhəsi» qəzetindəki «İran kilsələri ermənilərin üzünə açıb» başlıqlı məqalədə Coşqun Məmmədli yazır ki, bu ölkədə Azərbaycana qarşı yeni planlar hazırlanır. Məqalədə bildirilir ki, Təbrizdə ermənilərin toplum halında yaşadıqları Baronavak məhəlləsi dəfələrlə erməni-azərbaycanlı qarşıdurmasına meydan olub. Elə indi də proseslərə burdan start verildiyi bildirilir. Müəllif yazır ki, bu azmış kimi İran Ermənistanla iqtisadi əlaqələri də getdikcə genişləndirir. Ermənistanla iqtisadi-ticarət ilişgiləri quran kiçik sahibkarlara yüksək məbləğdə kreditlər verilir, onlara hər cür şərait yaradılır. Bu insanlar üçün Ermənistan rəqabətsiz və açıq bazara çevrilməkdədır.



«Bakı-Xəbər» qəzetindəki «Demokratik seçki olmasa sabitlik pozulacaq» başlıqlı məqalədə Ruslan Xəlil yazır ki, son zamanlar iqtidar nümayəndələri ictimaiyyətdə belə bir rəy yaratmağa çalışırlar ki, demokratik seçki ölkədə sabitliyin pozulmasına səbəb ola bilər. Müəllif yazır ki, rejim mənsublarının qənaətincə, siyasi mühacirlərin ölkəyə qayıtması, siyasi məhbus probleminin tamamilə aradan qaldırılması və seçki komissiyalarının tərkibinin real vəziyyətə uyğunlaşdırılması ölkədə qeyri-sabitlik yaradacaq. Məqalədə bildirilir ki, hakimiyyətin siyasi fəlsəfəsinə görə, demokratiya sabitliyin pozulması, özbaşınalığın yaranması və vətəndaş qarşıdurmasıdır.



«Ayna» qəzetindəki «Bölgələrdə vahimə» başlıqlı məqalədə İdrak Telmanoğlu yazır ki, rayonlarda maskalı, avtomatlı şəxslər maşınlarla gəzərək insanları qorxu altında saxlayırlar. Xüsusi ilə bu hal Kürdəmir və Saatlı rayonlarında geniş yayılıb. Müəllif yazır ki, «Azadlıq» seçki blokunun Kürdəmirdə keçirdiyi etiraz aksiyası polis zorakılığı ilə yatırılandan sonra belə hallara rast gəlinib. Məqalədə bildirilir ki, bütün bunlar hakim komandaya başucalığı gətirmir.
XS
SM
MD
LG