Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

“YeS” Ayaz Mütəllibovun qayıtmasını istəyir<p align=`left`><br><br>


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Milli Hərəkat, Milli İstiqlal və Sosial Demokrat partiyalarının təsis etdiyi «Yeni Siyasət» (YeS) bloku ölkə başçısı İlham Əliyevə müraciət edərək blokun təsisçilərindən biri, indi Rusiyada yaşayan Ayaz Mütəllibovun ölkəyə qayıdışının təmin olunmasını xahiş edib.



Müraciətdə deyilir ki, blok konstruktiv müxalifətdə duran siyasətçilərin birliyidir. Və onlar ümidvardırlar ki, Azərbaycan və ədalət naminə Ayaz Mütəllibovun vətənə qayıtmasına imkan yaradılacaq.



Blokun təsisçilərindən biri Eldar Namazov deyir ki, nəinki Ayaz Mütəllibova, o cümlədən siyasi mühacirətdə yaşayan bütün siyasətçilərin vətənə qayıdaraq parlament seçkisində iştirakına şərait yaradılmalıdır. Onun sözlərinə görə, Azərbaycan üçün əhəmiyyətli olan növbəti parlament seçkilərində əvvəlki səhvlərə yol verilməməlidir.
XS
SM
MD
LG