Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Bakıda gənc hüquqşünasların konfransı keçiriləcək


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Bu ilin sentyabrında Gənc Hüquqşünasların 1-ci Beynəlxalq Bakı Konfransı keçiriləcək. Konfransın təşkilatçıları Beynəlxalq Gənc Hüquqşünaslar Assosiasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyidir. Konfransın məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasların peşə problemlərini, perspektivləri, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etmək, həmçinin müxtəlif ölkələrin gənc hüquqşünasları arasında əlaqələrin yaradılmasıdır.



Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov deyir ki, 3 gün – sentyabrın 10-dan 12-dək davam edəcək konfransda iştirak etmək istəyən gənclərin mütləq bu sahə ilə bağlı müəyyən bilikləri olmalıdır.



- Konfransda tələbələr, şirkətdə və ya dövlət orqanında çalışan gənc hüquqşünaslar iştirak edə bilərlər. Bir şərt var ki, iştirakçıların bu sahədə kifayət qədər təcrübəsi və ya bilikləri olmalıdır.



Nadir Adilovun sözlərinə görə, konfransa dünyanın müxtəlif ölkələrindən təcrübəli hüquqşünaslar da dəvət olunacaq.



- Bəzi madiatorlarla artıq razılıq əldə etmişik. Məsələn, Britaniyadan, İtaliyadan, Brüssel və Fransadan madiatorlar gələcək. Ümumiyyətlə, MDB-dən, Avropa İttifaqına daxil olan ölkələrdən və Şərqdən də nümayəndələr gələcək. Hətta ola bilsin ki, Yaponiyadan da gəlsinlər.



Nadir Adilov iştirakçıların konfrans materialları və nahar ilə pulsuz təmin olunacaqlarını da deyir.



Konfransda iştirak etmək istəyən gənclər avqustun 1-dək CV-lərini, yəni özləri haqqında məlumatı və ərizə formasını Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə təqdim etməlidirlər. Birliyin elektron ünvanı belədir: www.aylu.az
XS
SM
MD
LG