Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:51

Yaxşı həyat üçün Avropaya gedən azərbaycanlıların böyük hissəsi geri qayıdır


Səs: Real audio
Dağlıq Qarabağın erməni icması azərbaycanlıların qayıtmasına etirazını bildirir Bugünkü “Qlobus”un qonaqları:



- Almaniyadan Azərbaycan-Almaniya Dostluq və Mədəniyyət Mərkəzinin sədri Azad Rəhimov;



- Və 25 il Çexiyada yaşayan Eyvaz Salmanov.



Birinci qonağımız, Azad Rəhimov Almaniyaya turist kimi gələrək burada alman xanımı ilə ailə qurub. 7 ildir ki, Almaniyanın Nürnberq şəhərində yaşayır. Üç il əvvəl burada Azərbaycan-Almaniya Dostluq və Mədəniyyət Mərkəzi yaradılıb. Azad Rəhimov bu cəmiyyətin sədridir. O deyir ki, maddi durumunu yaxşılaşdırmaq üçün Avropaya gələn azərbaycanlıların böyük hissəsi geri qayıdır.



İkinci qonağımız 25 il Çexiyada yaşayan Eyvaz Salmanovdur. O, da Çexiyada ailə qurduğu üçün Avropaya köçüb. Hazırda Çexiyanın Mlada–Boleslav şəhərındə yaşayır, nəqliyyat firmasına rəhbərlik edir.



Və sonda xaricdə təhsil alan Azərbaycan tələbələri ilə bağlı bir xəbər. Bu günlərdə Berlində oxuyan azərbaycanlılar ədəbi-mədəni gecə keçiriblər. Tədbirin təşkilində Beynəlxalq Berlin Təhsil Mərkəzi və Azərbaycanın Almaniyadakı səfirliyi iştirak edib. Bu barədə bizə Berlindəki Humbold Universitetinin tədqiqatçısı Könül Qurbanova danışdı.



Daha ətraflı Audio hissədə



“Qlobus”da deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşmək istəyənlər “Azadlıq” radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.
XS
SM
MD
LG