Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:30

İyulun 30 və 31-də «Azadlıq» bloku altı rayonda mitinq keçirəcək


Səs: Real audio
Bloka daxil olan partiyaların Masallı rayon təşkilatları isə iyulun 17–də aksiya keçirməyə hazırlaşırlar İyulun 30 və 31-də «Azadlıq» seçki bloku altı rayonda mitinq keçirəcək. AXCP sədrinin müavini, blokun Mitinq Komitəsinin üzvü Həsən Kərimov deyir ki, aksiyaların Lənkəran, İmişli, Sabirabad, Göyçay, Gəncə və Zaqatalada keçirilməsi nəzərdə tutulur. Tezliklə bu barədə yerli icra hakimiyyətlərinə də məlumat veriləcək.



Bloka daxil olan partiyaların Masallı rayon təşkilatları isə iyulun 17–də aksiya keçirməyə hazırlaşırlar. Artıq rayon İcra Hakimiyyəti müraciətə müsbət cavab verib.



Bakıda isə iyulun 17-də «Elmar Hüseynov Fondu» yürüş-mitinq keçirmək niyyətindədir. Həmin gün «Monitor» jurnalının baş redaktoru, mərhum Elmar Hüseynovun doğum günüdür. Fondun təsisçilərindən biri, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu söyləyir ki, aksiya təkcə bununla əlamətdar deyil: «Yürüş-mitinq həm də jurnalistin qətli ilə bağlı istintaq işinin lazımınca aparılmamasına etiraz xarakteri daşıyır».



Cənab Xuduoğlu deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabından asılı olmayaraq aksiya keçiriləcək. Yürüş-mitinqin Milli Elmlər Akademiyasının qarşısından başlayıb, Elmar Hüseynovun dəfn olunduğu yerdə başa çatacağı planlaşdırılır. Aksiyaya siyasi partiyaların liderləri, ictimai birliklər, insan hüquqları təşkilatları da qatılacaqlar.
XS
SM
MD
LG