Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 11:41
Rubrikalar

«Neftçi» İslandiya çempionunu məğlub etdi


Səs: Real audio
Onların arasında Sabir Rüstəmxanlı və Afaq Məsudun da adı var - “Neftçi” ilə İslandiyanın “Hafnarfordur” komandaları arasında iyulun 12-də Bakıda keçirilən oyunda “Neftçi” 2:0 hesabıyla qalib gəlib. İlk topu 20-ci dəqiqədə Aqil Məmədov, ikinci topu isə əlavə olunmuş 2-ci dəqiqədə Tamislav Mişura vurub. Komandalar arasında növbəti görüş iyulun 20-də İslandiyada keçiriləcək. “Neftçi”- “Hafnarfordur” cütlüyünün qalibi Belçika çempionu “Anderlext” komandasıyla qarşılaşacaq.



- Moskvada Dünya Kuboku uğrunda boks turniri başlayıb. İyulun 17-ə qədər davam edəcək turnirdə Azərbaycanı 13 idmançı təmsil edir.



Boks Federasiyasının baş katibi Tofiq Babanlının “Azadlıq” radiosuna verdiyi məlumata görə, onlardan ikisi ehtiyat boksçu kimi heyətə salınıb.



İyulun 14-də azərbaycanlı boksçular ukraynalı həmkarlarıyla görüşəcəklər. Moskva turnirinin mükafat fondu 120 min Amerika dollarıdır.



- Türkiyənin “Boğaziçi” turnirində çıxış edən Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıblar. Bu məlumatı Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən almışıq.



- Albaniyanın paytaxtı Tirana şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələrin Avropa birinciliyi başlayıb. Azərbaycanın 6 pəhləvanla təmsil olunduğu bu turnirdə qaliblərin adı iyulun 14-də məlum olacaq. Bundan başqa, iyulun 14-dən 18-ə qədər Tiranada keçiriləcək sərbəst güləş turnirində də Azərbaycanın 6 idmançısı iştirak edəcək.
XS
SM
MD
LG