Səs: Real audio
Donna Dousett-Koirolo: «Azərbaycan düşünülmüş pul və maliyyə sistemi yaratmaq üçün islahatlar proqramı həyata keçirməlidir» «Seçkilər Bankın idarəetmədə vacib saydığı elementlərdən biridir». Bu fikri «Azadlıq» radiosuna Dünya Bankının (DB) Azərbaycan proqramlarının direktoru Donna Dousett-Koirolo bildirdi. O, qarşıdan gələn parlament seçkisinin azad və ədalətli keçəcəyinə ümid etdiyini də söyləyir.
Xanım Koirolo deyir ki, Ermənistan və Azərbaycan sülh sazişi bağlayarsa, Dünya Bankı işğal olunmuş torpaqların və Dağlıq Qarabağın yenidən qurulmasına vəsait ayırmağa hazır olacaq: «Bunun üçün Bankın xüsüsi fondu var».
O, deyir ki, beynəlxalq maliyyə qurumları keçən il Azərbaycanda inflyasiyanın artmasından narahat olublar: «Lakin burada «holland sindromu»nun başlanıb-başlanmadığını demək çətindir. Hökumət qiymətlərin artmasının qarşısını almaq üçün müəyyən addımlar atıb, prezident fərman imzalayıb».
DB nümayəndəsi söyləyir ki, Azərbaycan düşünülmüş pul və maliyyə sistemi yaratmaq üçün islahatlar proqramı həyata keçirməlidir. «Çünki «holland sindromu» işə düşdükdən sonra onu nəzarətdə saxlamaq çox çətin olur».
D.Koirolo Azərbaycanın DB ilə münasibətlərində yeni mərhələ başlandığını da bildirir: «Bu ildən Azərbaycan daha çox krediti güzəştsiz, bazar faizlərilə, həm də Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından ala biləcək».
Onun sözlərinə görə, DB Azərbaycanı kreditləşməyə layiq ölkə hesab edir: «Azərbaycan borc götürdüyü kreditləri geri qaytarmaq iqtidarındadır. Hazırda Dünya Bankı və Azərbaycan hökuməti yaxın bir neçə il üçün kredit paketinin nədən ibarət olacağını müəyyənləşdirməyə çalışır».