Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:10

V.Quluzadə: «Rusiya Azərbaycanı Özbəkistanın gününə salmaq istəyir»


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur Rusiya demokratiyaya, Azərbaycan-ABŞ, Azərbaycan-NATO əməkdaşlığına xəyanət müqabilində Bakıya işğal olunmuş bir-iki rayonu boşaltmağa söz verə bilər.



Bu sensasion açıqlamanı müstəqil politoloq, prezidentin xarici məsələlər üzrə keçmiş müşaviri Vəfa Quluzadə «Azadlıq» radiosuna musahibəsində səsləndirib. Onun sözlərinə görə, «havada belə bir plan fırlanır» və bu, prezident İlham Əliyevin Rusiyaya (Kazana) səfəri zamanı səslənə bilər: «Amma prezident buna razılıq verməyəcəkdir».



Cənab Quluzadənin fikrincə, Rusiya rəhbərliyi cəhd edəcək ki, İlham Əliyevi Özbəkistanın prezidenti İslam Kərimovun yoluna təşviq etsin.



«Rusiya istəyir ki, İslam Kərimovun sıraları artsın. Bu baxımdan rəsmi Moskva söz verə bilər ki, bir-iki rayon demokratiyaya xəyanətin əvəzində azad olunsun. Amma bunun tamamilə qeyri-real bir plan olduğuna əminəm» - deyə ekspert vurğulayıb.



Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində heç bir irəliləyiş yoxdur:



«Bu haqda prezident İlham Əliyev özü bəyanat verdi. Dedi ki, irəliləyiş yoxdur, amma ümid var. Məsələ ondadır ki, siyasi situasiya dəyişməyib. Həm Azərbaycan, həm Ermənistan, həm də böyük dövlətlərin münaqişəyə baxışları əvvəlki kimi qalır».
XS
SM
MD
LG