Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:39

Madlen Olbrayt iyulun 11-də Bakıya gəlir<p align=`left`><br><br>


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutunun (MDİ) İdarə Heyətinin sədri Madlen Olbrayt iyulun 11-də Bakıya gəlir.



İyulun 12-də o, Bakıda Qadın Dəyimi Masasında iştirak edəcək. Masa parlament seçkilərində qadınların iştirakının artırılmasına həsr olunub.



Xanım Olbrayt seçkiqabağı prosesləri müzakirə etmək üçün rəsmilər, siyasi partiya liderləri, qeyri- hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər və diplomatlarla görüşəcək.



Onun «Azadlıq» seçki blokunun liderləri, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və ADP sədrinin müavini Sərdar Cəlaloğlu ilə görüşü nəzərdə tutulur.



İyulun 13-də isə M.Olbrayt «Yeni Siyasət» seçki blokunun rəhbərlərilə bir araya gələcək. Blokun həmtəsisçisi Eldar Namazov deyir ki, görüş zamanı ölkədəki seçkiqabağı mühit, seçki komissiyalarının tərkibi və digər problemlər müzakirə olunacaq.
XS
SM
MD
LG