Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:36
Rubrikalar

“SEÇKİ QATARI”: Hicablı qadınlar səs verə bilərmi?


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb Bu “Seçki qatarı”nda:



- “Hicablı qadınlar səs verə bilərmi?” sualına cavab arayacaq;



- Tovuz sakinlərinin seçkiqabağı durumuyla tanış olacaq;



- Vətəndaşın və bilicilərin seçki gözləntilərini dinləyəcək;



- Və Azərbaycanda ilk parlamentin yaranma tarixini biləcəksiz.



Ötən həftənin seçki xəbərləri:



- Avropa Şurası Monitorinq Komitəsinin Bakıda keçirilən iclasında qurumun sədri Qiorqi Frunda bildirib ki, parlament seçkilərinə az vaxt qalır və Azərbaycan hökumətinin həqiqətən də azad və demokratik seçkilər keçirmək istədiyini yoxlamaq üçün "məsuliyyətli məqam" yetişib.



- İyulun 5-də Azərbaycan Liberal partiyasının İcraiyyə Komitəsi partiyanın “Yeni siyasət” – "YeS" seçki blokundan çıxması haqda qərar qəbul edib. Daha öncə isə partiyanın keçmiş sədri, Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva da “YeS” blokunu tərk etmişdi.



- Bakıda rəsmi səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitye bildirib ki, müxalifət proqramını açıqlamaq üçün yalnız mitinqlərdən istifadə etməməlidir. Onlar üçün televiziya kanallarında da şərait yaradılmalıdır.



- Ağdaşda olan prezident İlham Əliyev noyabrdakı parlament seçkilərinin şəffaf, ədalətli və Azərbaycan xalqının istəyinə uyğun keçiriləcəyinə ümid etdiyini bildirib.



- İyulun 8-də Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının daxil olduğu «Azadlıq» bloku rəsmən təsis edilib.



- Məhkəmənin qərarıyla 2003-cü il prezident seçkilərindən sonra həbs edilən müxalifət funksionerlərindən Sərdar Cəlaloğlunun üzərindən məhkumluq götürülüb. İsgəndər Həmidov, Rauf ArifoğluArif Hacılının isə eyni iddiaları təmin edilməyib.



- ATƏT-in Bakı Ofisinin əməkdaşı İnqrid Qossinqer bildirib ki, təmsil etdiyi qurum ikili səsvermənin qarşısını almaq üçün seçicilərin əllərinin mürəkkəblə işarələnməsi qaydasının tətbiqində israr edəcək.



- Şənbə günü «Azadlıq» seçki blokunun Şəkidə mitinqi baş tutub. Bazar günü isə həmin blok metronun «20 Yanvar» stansiyasından “Qələbə” meydanı istəqamətində icazəli yürüş-mitinq keçirib. Aksiyaya Liberal partiyası da qatılıb.



- Parlament seçkilərinə start verildi. Prezident İlham Əliyev 4 iyul tarixli fərmanıyla noyabrın 6-nı seçki günü elan etdi. Mərkəzi Seçki Komissiyası isə bir gün sonra seçki təqvimini təsdiqlədi.



- ATƏT-in Bakı Ofisindən bildiriblər ki, Azərbaycanda fəaliyyətə başlayacaq ATƏT-in müşahidə missiyasına səfir Gert Ayrens rəhbərlik edəcək.



Verilişin əsas mövzusu:



Azərbaycan Konstitusiyası hər bir vətəndaşa din və vicdan azadlığı, azad seçki hüququ verir. Yəni, istənilən kəs həm seçdiyi dinə inana, onun tələblərinə əməl edə, həm də seçkilərə qatıla bilər. Amma bəzi vətəndaşlar, məsələn, baş örtüyüylə gəzən xanımlar bu haqlardan, o cümlədən seçmək hüququndan yararlana bilmir.



Hicablı xanımlar səs verə bilmək üçün hökmən şəxsiyyət vəsiqəsi almalı olacaqlar. Bəs görəsən, onlar şəxsiyyət vəsiqəsi üçün hicabsız şəkil çəkdirməyə necə baxır?



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG