Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb Bakı büromuzun qonağı Demokratik İslahatlar partiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadədir. Onunla söhbətdə «Azərbaycan» qəzetindən Xalid Niyazov və «Gün» qəzetindən Qurban Yaquboğlu da iştirak edir.
Bu həftə seçkiyə start verildi. Mərkəzi Seçki Komissiyası iş planını təsdiqlədi. Ölkə başçısı seçkilərin azad və şəffaf keçiriləcəyini bildirdi. Amma bu arada Azərbaycanda həm də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin toplantısı oldu.
Təşkilatın Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossa görə, 25 faizi, 1/4 hissəsi müxalifət olmayan parlament yaxşı parlament ola bilməz. Və bunu da əlavə edib ki, parlament prezidentin göstərişlərini yerinə yetirməklə məşğul olmamalıdır.
Digər həmməruzəçi isə bildirir ki, o, seçki komissiyalarının tərkibində müxalifətçilərin olmamasından təəssüflənir.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiye deyir ki, müxalifət proqramını açıqlamaq üçün yalnız mitinq keçirməməlidir. Onlar üçün televiziya kanallarında da şərait yaradılmalıdır.
Ölkə başçısı İlham Əliyevə görə isə, «ölkə üçün heç bir iş görməyənlər, daşı daş üstünə qoymayanlar tarixin arxivinə göndərilməlidirlər».
Bu, seçki komissiyaları və hakimiyyət orqanlarına çağırış kimi qiymətləndirilə bilərmi?
Bu həftə həm də Demokratik İslahatlar partiyası qurultayını keçirdi. Partiya seçkiyə hansı ümidlərlə gedir? Hansı şansları var?
Daha ətraflı Audio hissədə