Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00
Rubrikalar

Amerika Qafqazda necə görünür?


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb - Birləşmiş Ştatların reytinqi heç bir ölkədə Gürcüstandakı qədər yüksək deyil. Əhalinin 70 faizi Birləşmiş Ştatlar haqqında yaxşı fikirdədir.



Gürcüstanda, demək olar, hamı hesab edir ki, Birləşmiş Ştatlar dünyanın ən güclü ölkəsidir, xüsusilə də, Amerika prezidenti Corc Buşun Tbilisiyə səfərindən sonra. Buşun səfəri bu il Gürcüstanda ən vacib hadisə hesab olunur. Gürcü hökuməti Birləşmiş Ştatları özünün ən əsas müttəfiqi sayır, Amerikanın hərbi, iqtisadi köməyi əvəzində demokratiyanın yayılmasında yardımını vəd edir.



- Ermənistanda vəziyyət xeyli fərqlidir. Bu ölkənin əhalisi də, hökuməti də daha çox Rusiyaya meyl edir. Bunu araşdırmaların nəticələri göstərib.



- İndi Azərbaycan antiterror koalisiyasında Amerika ilə müttəfiqdir, Birləşmiş Ştatların iri neft şirkətləri Azərbaycan neft sənayesinə sərmayə qoyur.



Keçən həftə Amerika dövlət katibinin Avropa və Asiya üzrə müavini Daniel Frid deyib ki, Azərbaycan Amerika üçün əhəmiyyətli ölkədir, Vaşinqton seçkiqabağı Azərbaycanda həm müxalifəti, həm də iqtidarı müdafiə edir.



Amma ötən həftə “Vaşinqton Post”da çıxan məqaləsində təhlilçi Cekson Dil deyirdi ki, Ağ Ev Azərbaycanda ikili siyasət yeridir. Azərbaycanı nə Rusiyayla Çinin ağuşuna itələmək istəyir, nə də onu Pentaqonla, ya da Amerikanın neft şirkətləri ilə əməkdaşlıqdan imtinaya təhrik etmək niyyətindədir.



Bəs Azərbaycanda Amerika haqqında nə fikirdədirlər? Sadə vətəndaşlar-Bakı sakinlərinin dedikləri:



- Mən Amerikanın antiterror koalisiyası yaratmaq təşəbbüsünü dəstəkləyirəm. Hamı sakit, qorxusuz yaşamaq və öz gələcəyindən əmin olmaq istəyir.



- Amerika böyük ölkədir. O, istədiyini edir. Onun məntiqinə görə,"güclü həmişə haqlıdır".



- Amerikanın Azərbaycanda mövcudluğu müsbət haldır. Həm siyasətdə, həm də iqtisadiyyat və mədəniyyətdə. Yada salın, 1993-95-ci illərdə necə yaşayırdıq, çörək növbələri var idi. İndi isə bunlar yoxdur. Məhz Amerika bizə kömək etdi, iqtisadiyyatımıza sərmayə qoydu.



- Amerikalıları yalnız bizim neftimiz maraqlandırır. Təkcə buna görə onlar Azərbaycanda sabitlik istəyirlər.



- Məncə, həm insan haqlarının qorunması, həm də başqa sahələrdə Amerika lider hesab oluna bilər.




Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG