Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir İyulun 9-da Daxili İşlər naziri Ramil Usubov və onun Azərbaycana rəsmi səfərə gəlmiş pakistanlı həmkarı Aftab Əhməd xan Şerpao Quba-Xaçmaz bölgəsinə gediblər. Səfər qeyri-rəsmi xarakter daşıyır. Quba rayon İcra Hakimiyyətindən «Azadlıq» radiosuna verilən xəbərə görə, qonaqlar əvvəlcə bölgənin görməli yerləri ilə tanış olacaqlar. Sonrasa hər iki nazir Xaçmaz rayonunun «Nabran» istirahət zonasına baş çəkəcək. Ramil Usubov və Aftab Əhməd xan Şerpaonun bölgəyə səfərinin bir günlük olduğu bildirilir.