Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

«Yeni TV» sentyabrda efirə çıxa bilər


Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir Maliyyə problemi həll olunsa, «Yeni TV» efirə çıxmaq üçün bu ilin sentyabrınadək tam hazır olacaq.



«Yeni TV»-nin təsisçilərindən biri, Elçin Şıxlı «Azadlıq» radiosuna müsahibəsində belə deyib. Onun sözlərinə görə, telekanal ölkədə baş verənlərə obyektiv və tərəfsiz mövqe tutacaq.



Bakıda rədd cavabı aldıqdan sonra təsisçilər Çexiya Respublikasının müvafiq orqanlarına müraciət edib Praqada qeydiyyatdan keçiblər. Qeydiyyat və lisenziya verilməsi haqda sənədlərin Bakıya göndərilməsi üçünsə iki aya qədər vaxt tələb olunur.



«Yeni TV»-nin təsisçiləri «Zerkalo» qəzetinin redaktoru Elçin Şıxlı, «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri və «Gün Səhər» qəzetinin redaktoru Arif Əliyev, Elmlər Akademiyasının şöbə müdiri İradə Ağayeva, politoloq Eldar Namazov və Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılıdır.



“YeS” – “Yeni Siyasət” blokunun həmtəsisçiləri isə eyni adda həftəlik qəzet təsis ediblər. Qəzet gələn həftədən işıq üzü görəcək.



“YeS”in həmtəsisçilərindən olan Eldar Namazov deyir ki, sonrakı dövrlərdə qəzetin gündəlik çıxması üçün də imkan olacaq. Onun sözlərinə görə, yeni çıxacaq qəzetin maliyyə problemləri yoxdur.
XS
SM
MD
LG