Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Marneuli sakini sərhəddə ürək tutmasından vəfat edib


Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir İyulun 7-də Azərbaycanın Gürcüstanla sərhədindəki "Qırmızı körpü" adlanan nəzarət-buraxılış məntəqəsində ölüm hadisəsi baş verib.



Gürcüstanın Marneuli rayonu Qızılhacılı kənd sakini 55 yaşlı Ayaz Nuriyev ürək tutmasından vəfat edib. Şahidlərin dediyinə görə, hadisədən əvvəl o, Gürcüstan Maliyyə Polisi əməkdaşlarının təzyiqinə məruz qalıb.



“APA” agentliyinin məlumatına görə, Maliyyə Polisinin əməkdaşları Ayaz Nuriyevi gömrük işçilərinə rüşvət verməkdə suçlayaraq ondan həmin gömrükçülərin adlarını deməyi tələb ediblər. Deyilənləri təkzib edərkən yaranan mübahisə nəticəsində Nuriyevin ürəyi tutub. Göstərilən ilkin tibbi yardım heç bir nəticə verməyib və o, keçinib.



Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı İlqar İsgəndərov sərhəd-buraxılış məntəqəsində Ayaz Nuriyevin vəfat etməsi barədə məlumatı təsdiqlədi və dedi ki, hadisə gecə baş verib. Ona görə də hələ ki, onun başvermə səbəbi məlum deyil. Hazırda Ayaz Nuriyevə hər hansı təzyiqin olub-olmaması araşdırılır. Bu məsələdə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi də iştirak edəcək.



10 gün əvvəl Marneuli rayonunun Sadaxlı kənd sakini Sədrəddin Pələngov da Gürcüstanın Ermənistanla sərhəddində, su kanalının yanında yoxa çıxmışdı. Qonşu ölkənin müvafiq strukturları bu hadisə ilə bağlı iş apardıqlarını bildirsələr də, Sədrəddin Pələngov barədə hələlik konkret heç bir məlumat yoxdur.
XS
SM
MD
LG