Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 21:25

Andreas Qross: «İnqilabdan danışmaq yox, seçkiyə hazırlaşmaq lazımdır»


Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir «Səfərlərimiz boyu insanların inamsızlığını müşahidə etdik. Azərbaycan xalqı çox mürəkkəb dövr yaşayacaq. Mən çalışacam, əlimdən gələn hər bir şeyi edəcəm ki, hadisələr pisliyə doğru inkişaf etməsin. Amma indiki halda heç nəyi istisna etmirik». Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross Gəncədə iyulun 7-i gecə keçirdiyi brifinqdə bildirdi. Onun sözlərinə görə, görüşdüyü insanlar hesab edirlər ki, AŞPA Seçki Məcəlləsinə tövsiyələrin gerçəkləşməsi üçün kifayət qədər siyasi iradə nümayiş etdirmədi.



Cənab Qross hesab edir ki, inqilabdan danışmaq yox, seçkiyə hazırlaşmaq lazımdır: «İnqilab sözünü hörmətdən salıblar, inqilab etmək isə elə də asan deyil».



Digər həmməruzəçi Andres Herkel isə deyir ki, o, hər dəfə Azərbaycana gələndə çoxlu şikayətlərlə üzləşir: «Mən bu dəfə də şok içindəyəm. İnsanlar Azərbaycan dilini bilmədiyimiz halda yenə də bizə şikayət ərizələri gətirirlər». Cənab Herkelin fikrincə, bu şikayətlər onda Azərbaycanda ədalətli məhkəmə sisteminin fəaliyyət göstərməməsi təsəvvürünü yaradıb. O, seçki qabağı müsbət hallardan çox mənfi tendensiyalarla qarşılaşdıqlarını söylədi. A.Herkel bölgələrdə sərbəst toplaşmaq hüququnun tanınmadığını, hətta Bakıdakı aksiyalara qatılanların belə polis təzyiqiylə üzləşdiklərini söylədi.



Həmməruzəçilər Azərbaycanda ədalətli seçkilər keçirilməsinə ümidlərini hələ kəsmədiklərini də sözlərinə əlavə etdilər.



İyulun 7-də Azərbaycanın Qərb bölgəsinə səfərlərini başa çatdıran A.Qross və A.Herkel Qazax və Gəncədə bir sıra görüşlər keçiriblər. Bu görüşlərdə parlament seçkisi qabağı bölgədəki durum müzakirə olunub.
XS
SM
MD
LG